Əjdaha Kimi Elektrik Velosiped Ecobike MX300
Velosipedi Avropadan gətizdirmişəm. Zavod qiyməti 3300 avrodur. Gömrük xərcləri və çatdrılıma xərcləri ilə birlikdə 8500 manata başa gəlib. 2-3 ay sürmüşəm velosipedi. Təcili pul lazım olduğuna görə belə ucuz satıram. Yoxsa satılası velosiped deyil vallah, çox güclü motora sahibdir. Torku çox güclüdür. Kitayski kit ilə arxa təkərə ya da ön təkərə qoşulan motorlu velosipedlərlə səhv salmayın. Bunun motoru ortasındakı ulduzda yerləşir. Velosiped hibriddir. Yəni həm motorsuz həm də motorla sürə bilərsiniz. Motorla sürüş də hibrid olduğu üçün həm pedal fırlamadan sadəcə qaza basmaqla sürə bilərsiz. Bu halda maksimal sürət 45 km/saat -dır. Amma qaza basmadan sadəcə pedal fırlamaqla da hibrid rejimdə işləyəcək, siz pedala nə qədər çox bassanız motor da sürəti bir o qədər artıracaq. 55-60 km/saat sürmüşəm mən özüm. Batareyası ən böyük olanını almışam. Təxminən 130-135 km sürmək olur. Amma mən ekonomiya ilə işlədərək 200 kilometrdən çox sürdüyüm də olub. Yəni arada motorsuz öz gücümə sürürdüm arada motoru qoşurdum belə 200 dən çox sürürdüm bir günə. Batareyasını zaryadkaya qoşmaq üçün 2 ədəd adapteri var. Biri velosipedin üstündə veriləndi batareyanı 0-dan 100-ə 8 saata doldurur. Digəri isə sürətli şarj adapteridi əlavə 200 avro pul verib almışam. Onunla qoşduqda isə 3-4 saata 100 faiz doldurur batareyanı. Velosiped əla vəziyyətdədir. Alan adam uduzmayacaq, bütün detalları ən bahalısındandır. Velosipeddən başı çıxan adam detallarına baxan kimi biləcəkki necə keyfiyyətli məhsuldur. Burda bütün məlumatları yaza bilmirəm, nəyi soruşmaq istəsəniz nömrəmə zəng edib öyrənə bilərsiniz. Ciddi almaq istəyən olarsa qiymətdə razılığa gələ bilərik.